Gəncədə kişi və qadını maşın vurub » Memur.az

Gəncədə kişi və qadını maşın vurub

Gəncədə kişi və qadını maşın vurubGəncə. 25 may. REPORT.AZ/ Gəncə şəhərində 2 piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat qəzası baş verib.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisələrdən biri şəhərin Poçt qəsəbəsində olub.

Gəncə şəhər sakini, 1993-cu il təvəllüdlü Aydın Quliyev yolu keçmək istəyən zaman avtomobil tərəfindən vurulub.

Digər yol-nəqliyyat hadisəsində isə qadın piyadanı avtomobil vurub. Belə ki, yolu qarşı tərəfə keçmək istəyən, Gəncə şəhər sakini, 1957-ci il təvəllüdlü Kifayət İbrahimovanı avtomobil vurub. Xəsarət alan piydalar xəstəxanaya aparılıb və həkimlər tərəfindən onlara tibbi yardım göstərilib. Onlardan qadının vəziyyətinin orta-ağır digərininsə vəziyyətinin qənaətbəxş olduğu bildirilir.

Hər iki hadisə ilə bağlı araşdırma aparılır.

Memur.az