Ötən il Ağsuda 1850 daimi iş yeri açılıb » Memur.az

Ötən il Ağsuda 1850 daimi iş yeri açılıb

Ötən il Ağsuda 1850 daimi iş yeri açılıbRegionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramının icrası, sahibkarlar göstərilən dövlət dəstəyi Ağsu rayonunda da yeni iş yerlərinin açılmasına, əhalinin məşğulluğunun artmasına imkan yaradır.

Rayon statistika idarəsindən XəbərAl.az-a bildirilib ki, 2017-ci ildə Ağsuda 1850 daimi iş yeri açılıb. Həmin iş yerlərinin 16-sı yeni yaradılan müəssisələrdə, 233-ü mövcud müəssisə və təşkilatlarda, 1601-i isə fiziki şəxslərdədir.

Qeyd edək ki, aqrar sektorda aparılan islahatların, pambıqçılıq, baramaçılıq kimi ənənəvi sahələrin dirçəldilməsinin nəticəsi olaraq rayonda minlərlə mövsümi iş yerləri də yaranır. Təkcə pambıqçılıq sahəsində ötən il 1600 nəfər işçi çalışıb.

Memur.az