Ağstafada yeni körpülər - Hərəkət daha rahat və təhlükəsiz olacaq - FOTO » Memur.az

Ağstafada yeni körpülər - Hərəkət daha rahat və təhlükəsiz olacaq - FOTO

Ağstafada yeni körpülər - Hərəkət daha rahat və təhlükəsiz olacaq - FOTO

Vətəndaşların rahat və təhlükəsiz gediş gəlişini təmin etmək məqsədi ilə "Azəravtoyol" ASC tərəfindən Ağstafa-Poylu-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunda 3, Ağstafa-Poylu-Düzqışlaq-Qazax yerli avtomobil yolunun üzərində isə 1 körpü inşa olunub. Yeni avtomobil körpüləri Ağstafaçay, Acıdərəçay və Kür çayları, həmçinin dəmir yolu üzərində yerləşir.

"Azəravtoyol" ASC-dən Milli.Az-a verilən məlumata görə, bundan öncəki körpülər istismar müddəti bitdiyi üçün qəzalı vəziyyətdə idilər. Dəmir yolu və Acıdərəçay üzərində yerləşən körpülər ötən əsrin 60-cı illərində, Ağstafaçay üzərindəki körpü 70-ci illərdə inşa edilmişdi. Kür çayı üzərində yerləşən körpü isə 120 il bundan öncə, yəni 1897-ci ildə inşa edilib.

Layihə çərçivəsində dəmir yolu, Acıdərəçay və Ağstafaçay üzərindəki körpülər sökülüb, Kür çayı üzərindəki körpü isə tarixi əhəmiyyəti nəzərə alınaraq saxlanılıb.

Ağstafa-Poylu-Gürcüstan Respublikası ilə Dövlət sərhədi avtomobil yolunun 2-ci km-də inşa edilən və dəmiryolu üzərindən keçən körpünün uzunluğu 34 m, yolun 17-ci km-də Kür çayı üzərindən inşa edilən körpünün uzunluğu 184 m və 29,5 km-də Acıdərəçay üzərində inşa edilən körpünün uzunluğu isə 64 m-dir.

Ağstafa-Poylu-Düzqışlaq- Qazax yerli avtomobil yolunun girişində, Ağstafaçay üzərində inşa edilən körpünün uzunluğu isə 81 m-dir. Dəmir yolu üzərindəki körpü 1, digərləri isə 3 aşırımlıdır və hər birinin eni 14,5 metr təşkil edir.

Layihəyə uyğun olaraq körpülərə yanaşma yolları 3-cü texniki dərəcəli və 2 hərəkət zolaqlı olmaqla uzunluqları 1250 m, eni 12 m, hər bir istiqamət üzrə çiyinlərin eni bərkidici zolaqla birlikdə 2,5 m təşkil edir.

Layihə üzrə yanaşma yollarının xətlənməsi və müvafiq yol nişanı və göstəricilərinin quraşdırılması da aparılıb.

Qeyd edək ki, körpülərin inşası "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı" çərçivəsində 2016-ci il yanvarın 15-dən etibarən Azərbaycan höküməti ilə Asiya İnkişaf Bankı arasında bağlanmış sazişə əsasən həyata keçirilib.