Şəmkir sakini ot tayasından yıxılıb.
Memur.Az APA-ya istinadən xəbər verir ki, rayonun Qaralar kənd sakini 1970-ci il təvəllüdlü Dəmirov Elman ot tayasının üstündən yerə yıxılaraq ağır xəsarət alıb. O dərhal xəstəxanaya yerləşdirilib. Vəziyyətinin orta ağır olduğu bildirilir.