Prezident İlham Əliyev İsmayıllı rayonuna səfər edib » Memur.az

Prezident İlham Əliyev İsmayıllı rayonuna səfər edib

Prezident İlham Əliyev İsmayıllı rayonuna səfər edib

Azərbaycan prezidenti İlham Əliyev avqustun 10-da Qəbələyə səfərini başa çatdıraraq İsmayıllı rayonuna gəlib.

APA-nın məlumatına görə, dövlət başçısı əvvəlcə Heydər Əliyevin İsmayıllı şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub.

İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov prezident İlham Əliyevə Ümummilli Liderin adını daşıyan parkda aparılan abadlıq-quruculuq işləri, həmçinin son dövrdə rayonda görülən işlər və icrası nəzərdə tutulan layihələr barədə məlumat verib.