Prezident İlham Əliyev: “Fermerlər torpaq vergisi istisna olmaqla, bütün vergilərdən azaddırlar” Böyüt » Memur.az

Prezident İlham Əliyev: “Fermerlər torpaq vergisi istisna olmaqla, bütün vergilərdən azaddırlar” Böyüt

Prezident İlham Əliyev: “Fermerlər torpaq vergisi istisna olmaqla, bütün vergilərdən azaddırlar”  Böyüt

“Bu il kənd təsərrüfatı istiqamətində çox önəmli addımlar atılıb. Bizim üçün ənənəvi, ancaq əfsuslar olsun ki, müəyyən dərəcədə tənəzzülə uğramış sahələri bərpa etmişik. İndi mənə deyirlər, bir sıra rayonlarda o cümlədən İsmayıllı rayonunda ailələr var ki, ay yarım ərzində baramaçılıqdan minlərlə manat pul qazanıb”.

APA-nın məlumatına görə, bu sözləri Azərbaycan prezidenti İlham Əliyev İsmayıllı rayon ictimaiyyətinin nümayəndələri və velosiped istehsalı zavodunun kollektivi ilə görüşəndə deyib.

Dövlət başçısı bildirib ki, bu il keçən ilə nisbətən pambıq istehsalı üç dəfə artırılaraq, 30 min tondan 100 min tona qaldırılacaq: “Məhsulu yetişdirmək hələ məsələnin həlli deyil. Onu daxili bazarda və yaxud da xarici bazarda satmaq lazımdır. Ona görə, fermerlərə kömək göstərmək üçün indi yetişdirilən bu məhsulların tədarükü ilə məşğul olan qurum da yaradılır. Kənd təsərrüfatında işləyənlər bilirlər ki, aqrolizinq vasitəsilə texnika verilir, gübrəyə, yanacağa, yetişdirilən məhsula görə nə qədər böyük subsidiyalar verilir. İndi biz ixracı stimullaşdırmaq üçün təşviq mexanizmini işə salırıq. Fermerlər torpaq vergisi istisna olmaqla, bütün vergilərdən azaddırlar. Bu, çox ciddi bir proqramdır. Yenə də deyirəm, hər bir rayon üzrə rayonun potensialı maksimum dərəcədə realizə edilməlidir və ediləcək”.