Qiyamçılar edam olunacaq? - Ərdoğandan açıqlama » Memur.az

Qiyamçılar edam olunacaq? - Ərdoğandan açıqlama

Qiyamçılar edam olunacaq? - Ərdoğandan açıqlama

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan hərbi çevrilişə cəhd edənlərin edam olunması ilə bağlı təkliflərə reaksiya verilib

Memur.Az xəbər verir ki, qiyam zamanı öldürülən baş müşaviri Mustafa Varankın qardaşı, professor İlhan Varankın cənazə mərasiminə qatılan preztdent çıxışı zamanı vətəndaşların "edam istəyirik" tələbinə münasibət bildirib.

"Dünən də demişdim. Demokratiyada xalqın tələbindən imtina etmək olmaz. Bu sizin haqqınızdı. Bu haqq konsitutsiyaya uyğun dəyərləndirilir və qərar verilir. Biz bu günə qədər duyğusal olmadıq. Qərarlarımızı verərkən min dəfə düşündük. Unutmayın ki, öiz intiqamçı deyilik. Ən böyük intiqam sahibi Allahdır" deyə Ərdoğan bildirib.