Azərbaycanda qorxunc məxluqlar peyda olub - kəfən geyib... (Foto) » Memur.az

Azərbaycanda qorxunc məxluqlar peyda olub - kəfən geyib... (Foto)

Azərbaycanda qorxunc məxluqlar peyda olub - kəfən geyib... (Foto)Azərbaycanda paranormal hadisə qeydə alınıb

Bu hadisə Ağdaşın Qoşaqovaq kəndində baş verib.

Kənd sakinləri bir neçə nəfərin qəribə şəkildə ağ rəngli 2-3 metr uzunluğunda kəfən geyindiyini, bu vəziyyətdə küçələrdə gəzdiyini bildiriblər.

Bu adamların fotoları çəkilərək sosial şəbəkədə yayılıb. Sakinlər bildirib ki, bu məxluqlar onlara yaxınlaşanda qorxub qaçır, yox olurlar.

O da bildirilib ki, sözügedən məxluqlardan ifrat dərəcədə iy gəlir. Nəinki insan, hətta heyvanlar belə bu iyin təsirindən onlara yaxınlaşa bilmir. Məlumata görə, bu məxluqlar insanların evinə həyətinə daxil olsalar da heç nə oğurlamırlar, işıqları söndürüb evi dağıdırlar.

Polis bu məsələni araşdırır.

Memur.az