Təbriz Bakı və Naxçıvanı birləşdirəcək » Memur.az

Təbriz Bakı və Naxçıvanı birləşdirəcək

Təbriz Bakı və Naxçıvanı birləşdirəcək“Naxçıvan-Bakı dəmiryolu açılacaq. Bu yol Təbrizdən keçəcək”. Bu barədə Memur.az-ya “Azərdəmiryol”QSC-dən bildirilib. “Azərdəmiryol”QSC-dən qeyd edilib ki, hazırda Naxçıvan-Bakı arasında dəmiryol əlaqəsinin yaradlması istiqamətində işlər gedir və yaxın gələcəkdə bu reallaşacaq. “Naxçıvan-Bakı arasında dəmiryol əlaqəsi Türkiyə üzərindən deyil, İran üzərindən qurulacaq. Belə ki, İranla Azərbaycan arasındakı dəmiryol birləşdirildikdən sonra reallaşacaq. Bakıdan və ya Naxçıvandan çıxan qatar Təbrizdən keçməklə Bakıya və ya Naxçıvana yetişəcək.”

memur.az