Mərdan Camalov və Rauf Əliyev “Şöhrət” ordeni ilə təltif olunublar » Memur.az

Mərdan Camalov və Rauf Əliyev “Şöhrət” ordeni ilə təltif olunublar

Mərdan Camalov və Rauf Əliyev “Şöhrət” ordeni ilə təltif olunublarPrezident İlham Əliyev Mərdan Camalovun “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Azərbaycan Respublikasının ictimai-siyasi həyatında xidmətlərinə görə Mərdan Talıb oğlu Camalov “Şöhrət” ordeni ilə təltif edilib.

Daha bir sərəncamla Rauf Asif oğlu Əliyev də Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə “Şöhrət” ordeni ilə təltif edilib.

Qeyd edək ki, M.Camalov hazırda Şirvan Şəhər İcra Hakimiyyətinin başçısıdır, R.Əliyev isə AFFA-nın I vitse-prezidenti və Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədr müavinidir.

Memur.az