Oğuzda ünvanlı sosial yardım biabırçılığı » Memur.az

Oğuzda ünvanlı sosial yardım biabırçılığı

Oğuzda ünvanlı sosial yardım biabırçılığıDövlətin ayırdığı yardımı almaq müşkülə çevrilib ƏSMM direktoru Cümşüd Süleymanov vətəndaşlara əlavə problemlər yaradır Ünvanlı sosial yardımların verilməsi ilə bağlı problemlər bu gün də öz mövcudluğunu qoruyub saxlayır. Düzdür, əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov bu sahədəki neqativ halların aradan qaldırılması, şəffaflığın təmin olunması məqsədilə bir sıra islahatlar həyata keçirib. Məsələn, nazirin əmri ilə işinin öhdəsindən layiqincə gəlməyi bacarmayan bir neçə mərkəz direktoru tutduqları vəzifələrdən xaric ediliblər. Eyni zamanda ünvanlı sosial yardımların verilməsində müəyyən yeniliklər tətbiq edilib. Bütün bunlara baxmayaraq, hələ də bəzi yerli sosial müdafiə mərkəzlərində xoşagəlməyən işlər cərəyan edir. Verilən məlumatlara görə, Oğuz rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzində də (ƏSMM) ciddi neqativ hallar hökm sürür. İddialara görə, mərkəzin direktoru Cümşüd Süleymanovun fəaliyyətində yer alan boşluqlar yerli sakinlərin ünvanlı sosial yardım almaq işini xeyli çətinləşdirib. «O rayonun sosial müdafiə sahəsində baş verən bütün neqativ hallara birbaşa rəhbərlik edir. Onun göstərişi və təpkisi ilə ƏSMM-nin digər əməkdaşları da qanunsuz əməllərə sövq edilirlər. Sosial Müdafiə Mərkəzində yoxsul ailələrin vaxtında ünvanlı sosial yardım almasına kağız süründürməçiliyi, bürokratik əngəllər, məmurların rüşvətxorluğu mane olur. Mərkəz rəhbəri ünvanlı sosial yardım təyin etdiyi vətəndaşlarla sövdələşməyə girərək dövlətin verdiyi yardımı onlarla yarı bölür. Yardımdan yararlananlar isə əslində buna ehtiyacı olmayanlar olur. Mərkəzdə ünvanlı sosial yardım sektorunun fəaliyyətində şəffaflıq təmin olunmur, yardımları təyin edən komissiyaların işində ictimaiyyətin iştirakına yol verilmir. Direktorun vətəndaşlara ayrılan sosial yardımın bir hissəsini mənimsəməyə yönəlmiş cəhdləri dəfələrlə Oğuz ƏSMM-də xoşagəlməz insidentlərin yaşanmasına səbəb olub. Belə ki, rayon sakinlərindən bir qismi sosial yardım almaq məqsədilə ƏSMM-nə müraciət etdikləri zaman Cümşüd müəllimin «tələb»ləri ilə razılaşmaqdan imtina edirlər. Nəticədə isə tərəflər arasında yaranan münaqişələr bəzən hətta əlbəyaxa dava ilə də sonlanır. Digər tərəfdən isə məlumatlarda bildirilir ki, Oğuz rayonunda daha çox ünvanlı sosial yardımlar sahibkarlıqla məşğul olan imkanlı insanlara verilir». Deyilənə görə, mərkəz direktoru qanunsuz əməllərini rayonun icra başçısı Eyvaz Qurbanovun, həmçinin nazirliyin aparat rəhbəri Əjdər Cəbiyevin adını halandırmaqla ört-basdır etməyə çalışır. Bu haqda növbəti yazımızda ətraflı söhbət açacağıq. Bizi izləyin. Qarşı tərəfi də dinləyə bilərik.Oğuzda ünvanlı sosial yardım biabırçılığı