Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Fərman imzaladı » Memur.az

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Fərman imzaladı

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Fərman imzaladı"Dövlət müəssisə və təşkilatları (idarələri) tərəfindən ərzaq məhsullarının mərkəzləşdirilmiş qaydada dövlət büdcəsinin vəsaitləri hesabına satın alınması Qaydası”nın təsdiq edilməsi haqqında Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Fərmanı

Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq dövlət müəssisə və təşkilatları (idarələri) tərəfindən ərzaq məhsullarının mərkəzləşdirilmiş qaydada dövlət büdcəsinin vəsaitləri hesabına satın alınmasını təmin etmək məqsədi ilə qərara alıram:

1. "Dövlət müəssisə və təşkilatları (idarələri) tərəfindən ərzaq məhsullarının mərkəzləşdirilmiş qaydada dövlət büdcəsinin vəsaitləri hesabına satın alınması Qaydası” təsdiq edilsin .

2. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri
Vasif TALIBOV

Naxçıvan şəhəri, 30 aprel 2016-cı il