Vilyam Hacıyevin göyə sovurduğu milyonlar – RƏSMİ RƏQƏMLƏR » Memur.az

Vilyam Hacıyevin göyə sovurduğu milyonlar – RƏSMİ RƏQƏMLƏR

Vilyam Hacıyevin göyə sovurduğu milyonlar – RƏSMİ RƏQƏMLƏRİcra başçısı 4,1 milyon manatın ayrıldığı yolun tikintisini niyə başa çatdıra bilmir? Sosial yardımların verilməsindəki ciddi qanun pozuntuları, səhiyyədə, təhsildə yaranmış acınacaqlı vəziyyət və kənd təsərrüfatındakı ciddi problemlər İmişlinin acı reallıqlarıdır İmişli Rayon İcra Hakimiyyətinin (RİH) başçısı Vilyam Hacıyevin fəaliyyətindəki qanun pozuntularının, əyrinti hallarının sayı-hesabı yoxdur. Gundelik-baku.com-un apardığı araşdırmalar nəticəsində məlum olub ki, 2012-ci ildə rayona icra başçısı təyin edilən bu şəxs indiyə qədər ancaq dövlət büdcəsindən ayrılmış vəsaitləri sağa-sola xərcləməklə məşğul olub. Hansı ki, həmin vəsaitlər rayonun abadlaşdırılması, sosial-iqtisadi inkişafının sürətləndirilməsi məqsədilə ayrılıb. Əldə etdiyimiz məlumatlardan aydın olur ki, Vilyam Hacıyev keçən 4 il ərzində İmişlidə illərdir yığılıb qalan ciddi problemləri həll etmək əvəzinə, şəxsi məqsədləri üçün çalışıb. Belə ki, başçı rayon sakinlərini narahat edən xeyli problem olduğu halda mərkəzi küçədəki bütün mağazalar, şəxsi həyətlərin hasarlarını hündürləşdirilərək üzlətməklə məşğul olub: «İşsizliyin hökm sürdüyü bu rayonda kifayət qədər hörgü ustası olsa da, bu işlərə digər rayonlardan işçi cəlb edilib. Vilyam Hacıyevin göyə sovurduğu milyonlar – RƏSMİ RƏQƏMLƏRHasarları hündürləşdirməklə yanaşı mərkəzi küçədəki həyətlərin dəmir darvazaları sökülüb, əvəzində üstü taxta ilə işlənmiş yeni darvazalar qoyulub. Ciddi problemlərin həllini bir kənara qoyub rayona göndərilən böyük məbləğdə pulları yalnız bir küçədəki hasarların, bu küçəyə yaxın ərazidə yerləşən, təxminən bir il əvvəl suvanıb rənglənmiş binaların, hasarların üzlənməsinə sərf etmək ciddi suallar doğurur. 2012-ci ildə rayonun büdcəsi 2 milyon manat artırılaraq 17 milyon 589 min manata çatdı. 2014-cü ildə ayrılan 2 milyon manatı da nəzərə alsaq, İmişliyə əlavə olaraq 9,6 milyon manat ayrılıb ki, bu da rayonun bir ildə yerli büdcəyə ödəməsindən 3 milyon manata qədər artıq olmaqla rayonun 2010-cu il büdcəsinin az qala üçdə ikisini təşkil edir. Ən təəccüblüsü isə budur ki, 2010-cu ildən indiyədək rayona daxil olan bu qədər böyük pul hesabına insanların həyat tərzi yaxşılaşmaq əvəzinə daha da pisləşib, kütləvi işsizlik nəticəsində ailələrin hətta zəruri ərzaqla təminatı belə çətinləşib. İmişli kanalizasiyası olmayan rayondur. Rayonun 50-dək kəndinin heç biri qazlaşdırılmayıb. 2-3 kəndi çıxmaq şərti ilə kənd küçələrinə bir dəfə də asfalt çəkilməyib. Rayonun ciddi su problemi də var. İş yerlərinin olmaması ucbatından rayonda ailə saxlamaq həddən artıq çətinləşib, insanlar kütləvi şəkildə Rusiyaya axışır. Qalanlar isə xarici kredit təşkilatlarından, banklardan və mağazalardan götürdüyü borc hesabına yaşayır. İnsanların bütün varidatı, hətta pensiya kartları da borc müqabilində girov qoyulub. Pensiya verilən müddətdə bankomatların ətrafında əvvəllər müşahidə edilən uzun növbələr əvəzinə indi ancaq 2-3 pensiyaçı görmək olar.Vilyam Hacıyevin göyə sovurduğu milyonlar – RƏSMİ RƏQƏMLƏRÇünki götürdükləri borclar müqabilində indi pensiyaları onların əvəzinə bir-iki nəfər bank və kredit təşkilatları işçiləri, mağaza sahibləri götürür. Bunlar, həmçinin sosial yardımların verilməsindəki ciddi qanun pozuntuları, səhiyyədə, təhsildə yaranmış acınacaqlı vəziyyət, rayonun kənd təsərrüfatındakı ciddi problemlər İmişlinin acı reallıqlarıdır». Araşdırmalar nəticəsində məlum olur ki, Vilyam Hacıyev İmişli RİH-in başçısı təyin olunandan sonra prezident rayonla bağlı bir neçə sərəncam imzalayıb. Belə ki, 2013-cü ilin oktyabr ayında İmişli rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair sərəncam imzalanıb. Bu sərəncamla on beş min nəfər əhalinin yaşadığı 4 yaşayış məntəqəsini birləşdirən Sarıxanlı-Boşçalılar-Cəfərli-Əliqulular avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə kəndlərarası avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin ilkin olaraq 3 milyon manatı İmişli Rayon İcra Hakimiyyətinə ayrılıb. Bundan başqa, 2016-cı ilin yanvar ayının 8-də İmişli rayonunun Sarıxanlı-Boşçalılar-Cəfərli-Əliqulular avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalanıb. Sərəncama əsasən, on beş min nəfər əhalinin yaşadığı 4 yaşayış məntəqəsini birləşdirən Sarıxanlı-Boşçalılar-Cəfərli-Əliqulular avtomobil yolunun tikintisinin davam etdirilməsi məqsədi ilə Azərbaycanın 2016-cı il dövlət büdcəsində nəzərdə tutulan Azərbaycan Prezidentinin ehtiyat fondundan İmişli Rayon İcra Hakimiyyətinə 1,1 milyon manat ayrılıb. Araşdırmalar göstərir ki, 2013-cü ildən bu yolun tikintisini hələ başa çatdırmaq mümkün olmayıb. Fikir verin szügedən yolun tikintisi məqsədilə dövlət büdcəsindən 4,1 milyon manat vəsait ayrılıb, amma ortada real iş yoxdur. Deyilənə görə, icra hakimi bu vəsaitlərin yetərli hissəsini öz maraqlarına qurban verməklə yolun tikintisinin nəzərdə tutulan vaxtda yekunlaşmasına imkan verməyib. Ümumiyyətlə, rayonun sosial-iqtisadi inkişafının sürətləndirilməsi məqsədilə ayrılan vəsaitlərin böyük hissəsi təyinatı üzrə xərclənmir. Vilyam Hacıyevin göyə sovurduğu milyonlar – RƏSMİ RƏQƏMLƏRBelə deyirlər. Xatırladaq ki, ölkə başçısı bir neçə il əvvəl Beyləqan, Saatlı və İmişliyə səfəri zamanı bir neçə yeni müəssisənin açılışında iştirak edərək yerli camaatla görüşmüşdü. Prezidentin sonuncu səfəri isə İmişliyə idi. Cənab prezident burada şəhər su anbarları kompleksi, Heydər Əliyev Mərkəzi, rayon mərkəzi xəstəxanası, şahmat məktəbi, “Araz” damazlıq quşçuluq fabriki və “Kraun KO” taxıl anbarı komplekslərinin istifadəyə verilməsi mərasimində iştirak edib. Həmin vaxt «Yeni Müsavat» qəzeti prezidentin İmişliyə səfəri barədə bəzi məqamları açıqlamışdı. Rayon icra hakimiyyətindəki mənbənin “Yeni Müsavat”a verdiyi məlumata görə, İmişlinin rəhbəri Vilyam Hacıyev rayondakı Heydər Əliyevin adını daşıyan parkın və mərkəzin açılışı zamanı ölkə rəhbərliyinə həqiqəti əks etdirməyən məlumatlar verilb. Mənbə iddia edir ki, mərasim zamanı V.Hacıyev yenidən qurulan Heydər Əliyev adına parkı öz adına çıxıb: «Çünki həmin park 2011-ci ilin avqust ayında sabiq icra başçısı Əbülfəz Ağayevin təşəbbüsü ilə yenidən qurulmuşdu. Parkda bu gün nə qurulubsa, həmin vaxtda olanlardır. Sabiq başçının göstərişi ilə parkda əhali üçün yay günlərində mədəni-kütləvi tədbirlərin keçirilməsi üçün səhnə və oturacaqlar da quraşdırılmışdı. Lakin hazırkı icra başçısı rayon rəhbərliyinə gətirilən zaman həmin parkı viran gününə qoydu. Heydər Əliyev Mərkəzinin də yerləşdiyi park qısa müddətdə yararsız hala düşdü. Vilyam Hacıyev alınan avadanlıqları yararsız hala salaraq xərclənmiş vəsaiti korladı və büdcəyə ziyan vurdu.Vilyam Hacıyevin göyə sovurduğu milyonlar – RƏSMİ RƏQƏMLƏRPrezidentin ehtiyat fondundan ayrılan vəsait hesabına yenidən qurulan parkın tikintisini “ORİON- E” MMC şirkəti həyata keçirib. Şirkət parkın tikintisinin smeta dəyərinin 1 milyon 548 min 710 manat olduğunu açıqlayıb. Vilyam Hacıyev ölkə başçısına bildirib ki, parkın tikintisi 1.4 milyon vəsait hesabına başa gəlib. Ancaq parkın tikintisi prezidentin 11 may 2011-ci ildə imzaladığı sərəncama görə həyata keçirilib və həmin dövrdə icra başçısı Əbülfəz Ağayev olub. Həmin sərəncama görə, Sabirabad, Saatlı, İmişli, Ağcəbədi və Zərdab rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsi məqsədilə hər birinə ayrılıqda 2 milyon manat ayrılıb. Həmin vəsait hesabına İmişlidəki Heydər parkı və mərkəzi inşa olunub. Buradan da aydın olur ki, Vilyam Hacıyev prezidentin rayona ayırdığı 1.4 milyon manatı təyinatı məlum olmayan yerə xərcləyib». Qeyd edək ki, Vilyam Hacıyevin İmişlidəki sərgüzəştləri barədə araşdırmalarımız davam edir. Yazını daha tükürpədici faktlarla davam etdirəcəyik. (ARDI VAR)
(Gundelik-baku.com)