İCRA BAŞÇISI MƏHƏRRƏM QULIYEV AĞSTAFANIN INKIŞAFINA NAIL OLUR » Memur.az

İCRA BAŞÇISI MƏHƏRRƏM QULIYEV AĞSTAFANIN INKIŞAFINA NAIL OLUR

İCRA BAŞÇISI MƏHƏRRƏM QULIYEV AĞSTAFANIN INKIŞAFINA NAIL OLURSon bir ildə Ağstafa rayonunda geniş miqyaslı tikinti, quruculuq, abadlıq və yenidənqurma işləri görülüb. Ağstafa şəhərinin abadlaşdırılması, küçə və meydanların yenidən qurulması, çoxmənzilli yaşayış binalarının təmiri ön plana çəkilib. Ağstafa şəhərinin N.Nərimanov, S.Ağamalıoğlu, R.Əsədov küçələri yenidən qurulub, C.Cabbarlı, E.Qələmçəli və N.Kəsəmənli küçələrində abadlıq-yenidənqurma işləri başa çatdırılıb. Ağstafa şəhərində, Dağ Kəsəmən və Aşağı Kəsəmən kəndlərində uşaq bağçası-körpələr evinin tikintisi davam etdirilir. Rayon mədəniyyət evi əsaslı təmir olunub, ətrafı abadlaşdırılıb. Poylu kəndində 55 yerlik uşaq bağçası-körpələr evinin tikintisinin layihə sənədlərinin hazırlanması başa çatdırılıb. Rayonun daxili imkanları hesabına Heydər Əliyev Muzey-Mərkəzində əsaslı təmir və yenidənqurma işləri aparılıb. Ötən bir il ərzində rayonda 771 nəfər yeni iş yeri ilə təmin olunub. Bu iş yerlərinin 661-i daimidir. Cari ilin 3 ayı ərzində isə dövlət orqanlarında və digər qurumlarda 450 yeni iş yeri yaradılıb, 275 nəfər işlə təmin olunub. Hazırda rayonda 45 vakant iş yeri mövcuddur.
Görülən işlərə və uğurlu nəticələrə baxmayaraq son günlər bəzi internet saytlarda Ağstafa rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev barəsində həqiqəti əks etdirməyən, yalan və şantaj dolu məlumatların yayımlanmasının səbəbi məlum olub. Patriot.az saytının araşdırması zamanı məlum olub ki, Məhərrəm Quliyevin fəaliyyətini və uğurlarını gözü götürməyən bəzi şəxslər yenidən ona qarşı antitəbliğat kampaniyasına başlayıblar. Bəzi insanlar özlərinə yaxın xəbər saytlarında rayonun hörmətli rəhbəri barədə düzgün fakta əsaslanmayan və böhtan xarakterli sifarişli yazılar dərc etdirməklə görəsən nəyə nail olmağa çalışırlar?
Məlumdur ki, şantaj xarakterli bu məlumatı yayan şəxslərin başqa niyyəti var. Onlar düşünmürlər ki, yalan ayaq açar, amma yeriməz. Həmin yazıları oxuduqda görürsən ki, konkret fakt olmadan məqsədli və qərəzli şəkildə hazırlanan sifarişli yazılardır. Bəzi saytların isə süni şəkildə qalmaqallı və şok xəbər adlandıraraq bu yazını geniş şəkildə yaymasının səbəbi də hər kəsə məlumdur. Məhərrəm Quliyevin şəxsi və işgüzar nüfuzuna xələl gətirmək istəyən insanların çirkin niyyətinə çatmayacağı da hamıya məlumdur. Görəsən həmin saytlar nəyə görə hazırda Ağstafa rayonunda həyata keçirilən tikinti-quruculuq və abadlıq işləri barədə yazılar hazırlamırlar? Çünki, onların çirkin məqsədi buna imkan vermir. Onlar anlamalıdılar ki, Məhərrəm Quliyevi Ağstafanın 80 mindən çox əhalisi dəstəkləyir. Hər kəs onun barəsində yazılanların əsassız olduğunu bilir. Çünki, Məhərrəm Quliyev xalqa yaxınlığı ilə fərqlənən, rayon sakinlərinin qayğı və problemləri ilə maraqlanan və onlara daim dəstək olan icra başçısı kimi özünü həmişə doğruldub.
Məlumdur ki, 2011-ci il iyulun 1-dən indiyədək Ağstafa rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyevin rəhbərliyi ilə sürətlə inkişaf edən Ağstafa indi ölkənin ən gözəl şəhərləri sırasında yer alır. Ötən 5 il ərzində rayonda həyata keçirilən geniş miqyaslı tikinti-quruculuq və abadlıq işləri yerli sakinlər və rayona gələn qonaqlar tərəfindən razılıqla qarşılanır. Həqiqətən də son illər Ağstafa özünün inkişaf dövrünü yaşayır və köhnə Ağstafadan əsər-əlamət qalmayıb. Məhərrəm Quliyev səmərəli fəaliyyəti ilə ölkə Prezidenti İlham Əliyevin etimadını doğruldub. O, uzun illərdir ki, rayonda yığılıb qalan problemlərin həllinə nail olub. O, qəbuluna gələn bütün insanlarla səmimi görüşlər keçirir, onların şəxsi problemlərinin həllinə köməklik göstərir, eyni zamanda rayonun inkişafı üçün böyük işlər görür.İCRA BAŞÇISI MƏHƏRRƏM QULIYEV AĞSTAFANIN INKIŞAFINA NAIL OLUR
İCRA BAŞÇISI MƏHƏRRƏM QULIYEV AĞSTAFANIN INKIŞAFINA NAIL OLUR
İCRA BAŞÇISI MƏHƏRRƏM QULIYEV AĞSTAFANIN INKIŞAFINA NAIL OLUR