İki yük maşını toqquşdu » Memur.az

İki yük maşını toqquşdu

İki yük maşını toqquşduKürdəmirdə yol qəzası baş verib. Memur.Az El TV-yə (Region TV) istinadən xəbər verir ki, hadisə Ağsu-Kürdəmir-İmişli avtomobil yolunun Kürdəmir rayon ərazisindən keçən hissəsində baş verib. Sabirabad rayon sakini Ağabala Gülbala oğlu Şükürov "SHACMAN" markalı yük avtomaşını ilə Kürdəmir istiqamətində hərəkətdə olarkən Laçın rayon sakini Qərib İman oğlu Cümşüdovun idarə etdiyi "SHACMAN" markalı yük avtomaşını ilə toqquşub.

Qəza nəticəsində sürücülərdən biri Qərib İman oğlu Cümşüdov ağır bədən xəsarətləri alaraq Kürdəmir Mərkəzi rayon Xəstəxanasının travmatologiya şöbəsinə yerləşdirilib. Qəzanın baş verməsi havanın həddindən artıq dumanlı olmasına səbəb kimi göstərilir.

Hazırda faktla bağlı araşdırmalar aparılır.