Qadını avtomobil vurub » Memur.az

Qadını avtomobil vurub

Qadını avtomobil vurubBu gün Şəmkirdə yol qəzası baş verib. Memur.Az Kəpəz TV-yə (Region TV) istinadən xəbər verir ki, 35 yaşlı Hüseyn Rzayevin idarə etdiyi "Opel Vectra" markalı avtomobil yolu keçən piyadanı vurub. Pərvin Qurbanova yaralı halda Şəmkir Mərkəzi Rayon Xəstəxanasına aparılıb. Sağ baldır sümüklərinin hər iki üçdə birinin qapalı yerini dəyişmə sınığı, təpə nayihəsinin zədələnməsi diaqozu qoyulan xəstə tibb müəssisəsinin travmatoloqiya şöbəsinə yerləşdirilib. Sürücü isə saxlanılıb.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin İstintaq və Təhqiqat Şöbəsində araşdırmalara başlanılıb.