Sürücü maşını dərəyə aşırdı » Memur.az

Sürücü maşını dərəyə aşırdı

Sürücü maşını dərəyə aşırdıŞəmkirdə avtomobil yoldan çıxaraq aşıb.

Kəpəz TV (Region TV) xəbər verir ki, bu gün saat 12:30 radələrində Bakı-Qazax-Gürcüstanla dövlət sərhədi avtomobil yolunun 400-cü km-liyində - Şəmkir rayonunun Əliyaqublu kəndi ərazisində - yol qəzası baş verib. Bakı istiqamətində hərəkətdə olan "Mercedes" markalı avtomobil yoldan çıxaraq dərəyə aşıb. Nəticədə maşın yararsız hala düşüb. Sürücü isə hadisə yerini tərk edib. İlkin ehtimallara görə, o, sərxoş olub. BDYPİ-nin ərazi üzrə inspektorları sürücünün kimliyinin müəyyənləşdirilməsi istiqamətində araşdırma aparırlar.