Ucarda ev külə döndü » Memur.az

Ucarda ev külə döndü

Ucarda ev külə döndü

Ucarda yaşayış evində yanğın olub. Hadisə rayonun Qarabörk kəndində qeydə alınıb. Memur.Az El TV-yə (Region TV) istinadən xəbər verir ki, Kənd sakini 79 yaşlı Sabir Cəfərova məxsus evin dam hissəsindən başlayan alov qısa müddətdə otaqları əhatə edib.

Nəticədə, ümumi sahəsi 80 kvadratmetr olan birmərtəbəli ev yanar konstruksiyaları və içərisindəki əşyalarla birlikdə yanaraq yararsız hala düşüb. Hadisə yerinə cəlb olunan

Fövqəladə Hallar Nazirliyinin Ucar Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları tərəfindən alov söndürülüb.