Avtomobil ağaca çırpılıb, yaralı var » Memur.az

Avtomobil ağaca çırpılıb, yaralı var

Avtomobil ağaca çırpılıb, yaralı var

Göyçay rayonunun Çərəkə kəndi ərazisində 1 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Memur.Az El TV-yə (Region TV) istinadən xəbər verir ki, hadisə ötən gün saat 19:30 radələrində qeydə alınıb. Ucar rayon sakini, 1997-cı il təvəllüdlü Karaman Həsən oğlu Abuzərov "Mercedes" markalı minik avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirib, avtomobil yoldan çıxaraq ağaca çırpılıb. Hadisə zamanı sürücü yaralanıb. O, Ucar Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Faktla bağlı Göyçay Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.