Qaxda 6 yaşlı uşaq komaya düşdü » Memur.az

Qaxda 6 yaşlı uşaq komaya düşdü

Qaxda 6 yaşlı uşaq komaya düşdü

Memur.Az Kanal S-ə istinadən bildirir ki, Qaxda 6 yaşlı uşaq bədbəxt hadisə nəticəsində ağır xəsarət alıb. Qax Rayon Mərkəzi Xəstəxanasından verilən məlumata görə, dünən axşam saat 19 radələrində rayonun Tasmalı kənd sakini, 2009-cu il təvəllüdlü Onur Sahil oğlu Məmmədli koma vəziyyətində xəstəxanaya daxil olub. Həkim müayinəsi və araşdırması zamanı məlum olub ki, xəstə yaşadığı evin pilləkənindən yıxılaraq ağır kəllə-beyin travması alıb. Reanimasiya şöbəsinə yerləşdirilən Onur dərhal əməliyyat olunub, vəziyyəti orta agırdır.