Valideynləri qorxuya salan xəstəlik » Memur.az

Valideynləri qorxuya salan xəstəlik

Valideynləri qorxuya salan xəstəlik

Təzadlı fəsil kimi tanıdığımız payızı, elə xəstəliklər fəsli də adlandıra bilərik. Qrip, yuxarı tənəffüs yollarının infeksiyası, allergiya bu mövsümün dəbli xəstəlikləridir desək, yanılmarıq. Amma həkimlər bu payızda yeni bir xəstəliyə şahid olub.

Kəpəz TV (Region TV) xəbər verir ki, payızın gəlişi ilə əlaqədar kəskin respirator virus infeksiyaları artıb. Xəstəliklərin yayılma arealını yaşa müvafiq nəzərə alsaq, bir yaşlı uşaqlarda daha çox təsadüf olunur. Bu da təbii ki, körpələrdə immunitetin zəifliyi ilə əlaqəlidir. Xəstəliklər azyaşlılarda boğulma ilə müşahidə edilir. Səbəb isə onlara ediləcək peyvəndləmənin vaxtında aparılmamasıdır.

Şirin Əhmədova - infeksionist-həkim: "Uşaqda narahatlıq başlayır, hərarət yüksəlir, burununun selik ifrazı artır, yeməkdən imtina, bu hallara valideynlər bəzən əhəmiyyət vermirlər, buna görə də uşaqlar çox vaxt ağırlaşmış halda bizə müraciət edirlər. Ən çox qorxulu hal bir yaşadək olan uşaqlar arasında olur. Həmin yaşda ağırlaşmalara daha tez- tez rast gəlinir".
Körpə Ömərin də hələ bir yaşı tamam olmayıb. Şəmkir sakini olan azyaşlı bədənin müxtəlif nayihələrində dəriüstü qanaxmalarla xəstəxanaya gətirilib. Həkimlər bu halla ilk dəfə rastlaşdıqlarını deyir. Lazımi müdaxilədən sonra körpənin həyati təhlükəsi aradan qaldırılıb.

Təbəssüm Hüseynova - uşağın nənəsi: "Uşaq evdə narahat oldu. Qızdırması 38 idi. Qıc oldu. Rayonda ilkin yardım göstərdilər. Sonra Gəncəyə gətirdik. Sistemin yerlərindən qan axırdı. Qanı saxlamaq mümkün deyildi. Nə qədər saxlasaq da, pambıqdan çölə gedirdi qan. Qorxduq, amma həkimlər çox sağolsunlar kömək etdilər".

İnfeksion xəstəliklər diaqnozu ilə həkimə müraciət edənlərin sayı, ötən ilə nisbətən bu il az olub. Xəstəliklərin kəskin hala çatmaması üçün, ilkin simptonların müşahidəsi zamanı mütləq həkimə müraciət etmək lazımdır.