Gəncədə 14 yaşlı piyada vurulub » Memur.az

Gəncədə 14 yaşlı piyada vurulub

Gəncədə 14 yaşlı piyada vurulub

Gəncədə 14 yaşlı piyada vurulub.

Kəpəz TV-yə (Region TV) verilən məlumata görə, Gəncənin Məhsəti qəsəbəsində piyadavurma hadisəsəi qeydə alınıb.

Adıçəkilən qəsəbə sakini 14 yaşlı Bəyaz Ələkbərova yolu keçmək istəyərkən BMW markalı avtomobil tərəfindən vurulub. Zərərçəkmiş hadisəni törədən avtomobilin sürücüsü tərəfindən dərhal Gəncə şəhər TTYX-nin Travmatologiya şöbəsinə gətirilib. Xəstəyə ilkin tibbi yardım göstərilib və hazırda 14 yaşlı qızın vəziyyəti normal qiymətləndirilir. Faktla bağlı Gəncə Şəhər Baş Polis İdarəsində araşdırma aparılır.