Hacıqabul sakini nazirdən kömək gözləyir » Memur.az

Hacıqabul sakini nazirdən kömək gözləyir

Hacıqabul sakini nazirdən kömək gözləyir

Hacıqabul sakini daxili işlər naziri Ramil Usubova müraciət edib.

Musavat.com xəbər verir ki, rayonun Şorbaçıkənd sakini Seyidzahra Seyidmalıyeva nazirdən kömək gözləyir.

Onun sözlərinə görə, oğlu Vüsal Seyidmalıyev polis əməkdaşı olub və ailə vəziyyəti ilə əlaqədar polis orqanları sıralarından çıxmaq məcburiyyətində qalıb.
Sabiq polisin valideyni nazirin qəbulunda olmaq və mövcud problemi diqqətinə çatdırmaq istəyir:

“Dərdimizə əlac etməniz üçün dəfələrlə müraciət etmişəm. Nədənsə müraciətim gəlib Sizə çatmır. İnanıram ki, ağbirçək ananı qəbul edib dinləyəcəksiniz.

Dərdli bir ailənin yeganə ümidi uca Allaha və sizə qalıb. Bizim dərdimizin nə olduğunu mətbuatda açıqlamaq istəmirəm. Əgər qəbul etsəniz, problemimizi danışa bilərəm”.