Şəkidə evdə partlayış olub: Xəsarət alan var
bolge
16-01-2024, 09:54
133
Şəkidə qaz sızması nəticəsində partlayış baş verib, ev sahibi yanıq xəsarəti alıb.
APA-nın məlumatına görə, hadisə rayonun Vərəzət kəndində baş verib. Kənd sakini, 55 yaşlı Arif Feyziyev yaşadığı evin mətbəxində qaz iyi hiss edib. O, qazın sızdığı yeri tapmaq üçün kibrit yandırıb. Bu zaman alovla müşayiət olunan partlayış baş verib.
Hadisə nəticəsində A.Feyziyev hər iki əlindən termiki yanıq xəsarəti alıb. Ona Şəki Rayon Mərkəzi Xəstəxanasında (RMX) lazımi tibbi yardım göstərilib. Hazırda müalicə xəstəxananın təcili yardım şöbəsində davam edir.
Faktla bağlı araşdırma aparılır.