Tərtərdə elektrik enerjisinin verilişi bərpa olundu - YENİLƏNİB » Memur.az

Tərtərdə elektrik enerjisinin verilişi bərpa olundu - YENİLƏNİB

Tərtərdə elektrik enerjisinin verilişi bərpa olundu - YENİLƏNİBQəza nəticəsində elektrik təchizatından fasilə yaranmış Tərtərin iki kəndinə elektrik enerjisinin verilişi bərpa edilib.

“Azərişıq” ASC-dən Oxu.Az-a bildirilib ki, hadisədən dərhal sonra qəza xidmətinin əməkdaşları hadisə yerinə gedib:“Əməkdaşların səyi nəticəsində 23:45-də hər iki kəndə elektrik enerjisinin verilişi bərpa edilib. Hazırda ərazinin elektirik enerjisi təchizatında problem yoxdur”.

04:27

Tərtərin Xoruzlu kəndi yaxınlığında baş verən yol qəzası səbəbindən rayonun iki kəndinə elektrik enerjisinin verilməsində fasilə yaranıb.

APA xəbər verir ki, hazırda rayonun Xoruzlu və Kəbirli kəndində ümumilikdə 600-dən çox evdə işıq yanmır.

Qeyd edək ki, qəza zamanı avtomaşın hər iki kəndə gələn yüksək gərginlikli elektrik xəttini zədələməsi kəndə işığın verilməsinə mane olub.

Aidiyyəti qurumlar problemin aradan qaldırılması istiqamətində işləyir.