Gəncədə avtomobil ağaca çırpılıb, iki nəfər xəsarət alıb » Memur.az

Gəncədə avtomobil ağaca çırpılıb, iki nəfər xəsarət alıb

Gəncədə avtomobil ağaca çırpılıb, iki nəfər xəsarət alıbGəncədə yol-nəqliyyat hadisəsi baş verib.

APA xəbər verir ki, hadisə şəhərin Nəriman Nərimanov prospektində qeydə alınıb.

Hərəkətdə olan “VAZ 2107” markalı avtomobilin sürücüsü idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq ağaca, daha sonra işıq dirəyinə çırpılıb.

Qəza zamanı 2 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.