Tarix : 10-01-2022, 13:18 | Bölmə: bolge

Gəncədə itkin düşən yeniyetmə qonşuda tapıldıGəncədə yanvarın 8-də itkin düşmüş 14 yaşlı oğlan tapılıb.

Bu barədə Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis baş leytenantı Eşqin Qasımov Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində yeniyetmə tapılaraq ailəsinə təhvil verilib:

“Gəncə Şəhər Baş Polis İdarəsinin Nizami Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri təxirəsalınmaz tədbirlər nəticəsində oğlan yanvarın 9-da qonşunun evində tapılaraq, valideynlərinə təhvil verilib”.

Oxşar xəbərlər