Bərdədə qaraj və içərisindəki avtomobil yandı » Memur.az

Bərdədə qaraj və içərisindəki avtomobil yandı

Bərdədə qaraj və içərisindəki avtomobil yandıBərdə rayonunun Hacılar kəndində ümumi sahəsi 130 m² olan qarajın tavanı 50 m² sahədə və içərisində VAZ markalı minik avtomobilinin yanar hissələri yanıb.

Fövqəladə Hallar Nazirliyindən Oxu.Az-a verilən məlumata görə, qarajın qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.