Naftalanın icra başçısı özünə yeni müavin təyin edib » Memur.az

Naftalanın icra başçısı özünə yeni müavin təyin edib

Naftalanın icra başçısı özünə yeni müavin təyin edibNaftalan Rayon İcra Hakimiyyətində (RİH) yeni təyinat olub.

“Report” xəbər verir ki, Naftalan şəhər icra hakimiyyətinin başçısı Vüqar Novruzov özünə yeni müavin təyin edib.

Belə ki, başçının müavini-Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri vəzifəsinə Kəmalə Hüseynova İsfəndiyar qızı təyin olunub.

O, bundan öncə böyük məsləhətçi - Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi çalışıb.

Qeyd edək ki, başçının müavini-Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri vəzifəsində öncə Afət Cabbarova çalışıb. O, bir neçə ay öncə həmin vəzifədən azad olunub.