YARADICILIĞI ŞƏXSİYYƏTİNİ TƏSDİQLƏYƏN ŞAİR » Memur.az

YARADICILIĞI ŞƏXSİYYƏTİNİ TƏSDİQLƏYƏN ŞAİR

YARADICILIĞI  ŞƏXSİYYƏTİNİ  TƏSDİQLƏYƏN  ŞAİR

































Hər bir insanın həyatı onu əhatə edən müdrik, yüksək insani dəyərlərə malik, mükəmməl şəxsiyyətlərin varlığı ilə daha da zənginləşir və bu tendensiya bütövlükdə cəmiyyətin mənəvi saflığına təsir göstərmiş olur.
Şair-publisis Tapdıq Əlibəyli də mən deyədim ki, öz şəxsiyyəti, ədəbi fəaliyyəti ilə onu tanıyan, mütaliə edən hər kəsə özūnəməxsus bir mənəvi zənginlik bəxş etməkdədir.
Onun mūkəmməl bir şəxsiyyət olması yaradıcılığında da öz dolğun əksini tapmışdır. Tapdıq müəllimin istər publisistikası, istərsə də poeziyası ele bil ki, xalqın qəlbindən, istəyindən süzülüb gəlir. Sanki onun şeirlərini özümüz yazırıq. Hər misrasında qəlb şairi ilə baş-başa qalırıq. Duyğu qanadında söz şeh çəkir, heyrət ovqatında dil çiçəkləyir Tapdıq Əlibəylini oxuyanda...

Duyğu qanadında sözüm şeh çəkir,
Heyrət ovqatında dil çiçəkləyir.
Arıya nədirsə tər gül-çiçəklər,
Elə mənim üçün şeir də odur.

Tapdıq Əlibəyli ovqatında, böyük qırğız ədibi, Xalq yazıçısı Çingiz Aytmatovun bir fikrini xatırlatmaq istəyirəm: “Poeziyanın meyarı hər şeydən əvvəl sənətkarın yetkinlik meyarıdır, onun kolllektiv təcrübəmizlə həmahəng olan fəlsəfi və mənəvi müdrikliyinin meyarıdır və bundan sonra şəxsiyyətin harmoniyası, epitetlərin gözəllliyi və daha sonra dövrün əsas yellərinə istedad yelkəni ilə sinə gərmək bacarığı gəlir”.
Böyük yazıçının illərin təcrübəsindən hasil olan bu qənaətini büsbütün Tapdıq Əlibəyliyə də şamil etmək olar. Ona görə ki, sadalanan cəhətlər onun yaradıçılığının, şəxsiyyətinin xarakterik cizgiləridir.
İnsana, insanlığa, Ulu Yaradana böyük sevgisi olan və bu amalın ığığında yol gedən şair “Tanrının ruhu var əzəl ruhunda” adlı şeirində yazır:

Bu dünya malına həris olanı,
İnsan insanlığın çıxarıb yaddan.
Tutduqca naqislik, pislik insanı,
Enir ucuzluğa o uca addan.

İlkinə sadiqmi Adəm övladı?
Boğur insanlığı tamah havası.
Cənnət bağındakı meyvənin dadı,
Şeytan əməlində nəfsin davası.

Çıxarma yadından, ey uca insan.
Tanrının nuru var əzəl ruhunda.
Mələklər səcdənə gəldiyi zaman,
Şeytan günah etdi Allah yanında...

Tapdıq Əlibəyli vətənpərvər şairdir. Onda torpağa və xalqına məhəbbət hissi o qədər gūclūdūr ki, bu qayə, məslək bütövlükdə yaradıcılığına sirayət edib. O, bu ūlvū hissləri millətin qan yaddaşına köcürür. Mən deyərdim ki, şair ədəbi, poetik, publisistik sözü ilə yeni nəslin mental dəyərlərdən uzaq düşməməsinə hədəflənən korreksiya işi görur.
Xalqına qırılmaz tellərlə bağlı olan şaire “Xalq şairi” fəxri adı nece gözel yaraşardı...Ümidvaram ki, bu ad Tapdıq Əlibəyli imzası ilə qoşa olacaq!..
Tapdıq Əlibəyli, o qələm sahiblərindəndir ki, yaradıcılığı şəxsiyyətini təsdiqləyir. Sözü özünü, özü sözünü tamamlayan soz adamıdır Tapdıq Əlibəyli.
Tapdıq müellim bizim qəlb dostumuzdur, ürek sirdaşımızdır.
60 illik yubileyin mübarek, əziz dost! Əziz şairimizə ən xoş, ülvi arzularımı ünvanlayıram. Allah sənə bərəkətli ömur versin, qardaş!
Qoy şair bizi bundan sona da öz söz çələngi, yeni-yeni nailiyyətləri və uğurları ilə sevindirsin!..

YAŞAR İBADOV,
Tibbi-biologiya elmləri doktoru, professor.


YARADICILIĞI  ŞƏXSİYYƏTİNİ  TƏSDİQLƏYƏN  ŞAİR