TAPDIQ ƏLİBƏYLİ – 60 » Memur.az

TAPDIQ ƏLİBƏYLİ – 60

TAPDIQ ƏLİBƏYLİ – 60




















Müasir Azərbaycan ədəbiyyatında xüsusi yeri olan Tapdıq Əlibəylinin 60 yaşı tamam olur. Azərbaycan Yazıçılar Birliyinin, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, “Konstitusiya” ictimai-siyasi, hüquq qəzetinin, “Heyrət” ədəbi-bədii, elmi-publisistik dərginin təsisçisi və baş redaktoru; “Haqqa dayaq doğulmuşuq”, “Torpağın səsi”, “Ovqatımın aynası”, “Yol gedənindir”, “İman qaynağı”, “Fəzilət yolu”, “Söz dərgahına merac”, “Nisgil odu”, “Zirvə işığında, dağlar qoynunda”, “Soyqırım Nahaq qan yerdə qalmaz”, “Zaman keçər, söz qalar”, “Zirvələr səhər nurunda”, “Könül ziyarəti”, “Poetik buta”, “Məslək”, “Ziyalı ömrü”, “Sözün dan yeri” və digər kitabların müəllifi, şair-publisist Tapdıq Əlibəylinin yaradıcılığının arxasında istedadın, zəhmət və iradənin, əmək və səyinin durduğu hər misrada hiss olunur. TAPDIQ ƏLİBƏYLİ – 60
Tapdıq Əlibəylinin yazdığı əsərlər qəlbini, düşüncələrini, vətəndaş mövqeyini, arzularını gerçək həyatın müxtəlif müstəvilərində görməyə imkan verir. Qısa desək, şair Tapdıq Əlibəylinin Azərbaycan ədəbiyyatında də öz məqamı var. Vətən mövzusunda yazmaq, hələ, məsələnin həlli deyil. O baxır necə yazırsan. Yəni istedadın, qabiliyyətin olmasa, yaxşı, təsirli, inandırıcı yaza bilməzsən. T.Əlibəylinin yaradıcılığı şairlik vergili olmaq deməkdir, o verginin işarəsi isə sözdə ifadə olunur, bədii-poetik sözdə. Sözə tumar çəkmək, sözə sığal vermək, sözlə oyun oynamaq şairin adətkərdə olduğu peşə vərdişidir. Eyni zamanda sözü cürbəcür libasda, müxtəlif biçimdə, rəngarəng çalarlarda görə bilmək, eşidə-duya bilmək də şairin intuitiv duyğulanma meyarıdır. Bu mənada T. Əlibəyli poeziyası ilahi verginin təzahürüdür.
Tapdıq Əlibəylini 60 yaşı tamam olması münasibətilə təbrik edir, ona uzun ömür, can sağlığı, şəxsi həyatında xoşbəxt illər və yeni yaradıcılıq uğurları arzu edirəm.

Hörmətlə,
SABİR RÜSTƏMXANLI,
Vətəndaş Həmrəyliyi Partiyasının sədri,
Milli Məclisin deputatı, Xalq şairi

TAPDIQ ƏLİBƏYLİ – 60