TAPDIQ ƏLİBIYLİ – 60 » Memur.az

TAPDIQ ƏLİBIYLİ – 60

TAPDIQ ƏLİBIYLİ – 60

Söhbət zəngin sözlərlə dolu sandığa sahib olan, məqalələrində, şeirlərində dilimizin incəlikləıri, məna gözəllikləıri, şəhdi-şəkər şirəsi ehtiva olunan Azərbaycan Yazıçılar Birliyinin, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, şair-publisist Tapdıq Əlibəylidən gedir.
Tapdıq bəy, 60 illik yubileyiniz mübarək! Sizi hələ neçə yubiley keçirmək gözləyir. Sizin qələminiz günü-gündən püxtələşir. Hər yeni gün, hər yeni il və hər bir yubleyiniz ədəbiyyatımıza yeni poetik nümunələr, ədəbi dilimizə gözəllik gətirməkdədir.
Mən sizin imzanızı gəncliyinizdən tanısam da, şəxsi tanışlığımız 2014 cü ilə təsadüf edir. Siz o vaxtdan, Nizami rayon Ağsaqqallar Şurasının fəal üzvüsünüz. Siz Respublika Ağsaqqalar Şurasının təsis etdiyi “Türk dünyası ağsaqqalları” qəzetində mütəmadi olaraq öz maraqlı publisist yazılarınız, şeirlərinizlə çixış edir və dəyərli soz adamı olaraq sevilə-sevilə oxunursunuz. Deyərdim ki, qələminizlə bu qəzetin səhifələrinə bədii zinət vermiş olursunuz.
Ulu öndər Heydər Əliyev demişdir: “Ağsaqqal milli-mədəni dəyərlərimizin qızıl fondudur”.
Bu dəyərli sözlərdən siz də qələm adamı olaraq ilham alırsınız. Sizin ədəbi fəaliyyətiniz coşub-daşır, şaxələnir, qollu-budaqlı olur. Siz lap gənc yaşlarınızdan bir çox kitablar müəllifi olaraq tanınırsınlz. Sizin “Haqqa dayaq doğulmuşuq”, “Torpağın səsi”, “Ovqatımın aynası”, “Yol gedənindir”, “Söz dərgahına merac”, “Nisgil odu”, “Zaman kecər, söz qalar”, “Zirvələr səhər nurunda”, “Könül ziyarəti”, “Poetik buta”, “Məslək”, “Sözün dan yeri” və sair iyirmi kitab oxucuların mütaliə mövzusuna çevrilmişdir. TAPDIQ ƏLİBIYLİ – 60
Dövlət mustəqilliyimizin bərpa edilməsinin 20 illiyinə ithaf olunmuş “Azərbaycan” adlı diskiniz kütləvi tirajla işıq üzü görüb.
44 günlük Vətən müharibəsi zəfərlə başa çatar-çatmaz, barıt qoxusu döyüş meydanından çəkilər-çəkilməz sizin “Payız çöhrəsində yazdı 44 Gün” kitabınız işıq üzü gördü. Bu şeirlər toplusuna daxil olan şeirlərin hər biri Vətən müharibəsində şəhid olanlara, qazilərə, hər bir döyüşçüyə, ordumuzu təmsil edən hər kəsə şairin ehtiramı, sevgisidir.

Döyüş meydanında yenildi yağı,
Düşmən sırğa etsin qoy ağ bayrağı!
Sərkərdə gur çatıb tonqal, ocağı...
Qələbə tarixi yazdı 44 Gün!

Başqa bir şeirinizdə Ali Baş Komandana səmimiiyyətlə öz duyğulatınızı ünvanlayırsınız:



Ali Baş Komandan - Ali Baş Əsgər,
Qarabağ uğrunda hər kəs səfərbər!
Əsgərə komandan, xalqına rəhbər -
İlham Heydər oğlu - Şanlı Sərkərdə!

Bu şeirlər vətən sevdalısı olan bir şairin Qarabağ sevgisini göstərir.
"Azərbaycan bayrağı Qarabağda qürurla dalğalanır. Qarabağda qazanılan qələbə həm beynəlxalq hüquq, həm siyasət, həm də hərbi baxımdan Azərbaycana ana südü kimi halaldı."
Qardaş Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğanın tarixi çıxışından iqtibas edən şair “bir millət, iki dövlət” məfkurəsinin qürurverici əhəmiyyətindən söz açır.

Ədalət düşübsə necə düyünə,
Şər xeyrin donunu geyib əyninə.
Dünya zor dilində danışır yenə...
Zalımın zülmünə sipər Ərdoğan!

Hörmətli Tapdıq Əlibəyli, Siz şuranın işini mütəmadi olaraq, səmərəli şəkildə mətbuatda işıqlandırdığınza, və 60 illik yubileyiniz münasibətilə Ağsaqqallar Şurasının “Fəxri Fərman”ı ilə təltif olunursunuz. Təbrik edirik!
Yubileyiniz mübarək, ədəbiyyatımızın nur saçması naminə yorulmaz fəaliyyət göstərən Tapdıq Əlibəyli!

MAYIL ƏLİYEV,
Nizami Rayon Ağsaqqallar
Şurasınnın sədri