Heydər Əliyev Fondu partiya sədrinin müalicəsini öz üzərinə götürdü » Memur.az

Heydər Əliyev Fondu partiya sədrinin müalicəsini öz üzərinə götürdü

Heydər Əliyev Fondu partiya sədrinin müalicəsini öz üzərinə götürdüHeydər Əliyev Fondu Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlunun müalicəsini öz üzərinə götürüb.

Bu barədə Oxu.Az-a M.Mirəlioğlu özü məlumat verib.

“Allah bütün xeyirxah insanlardan razı olsun. Bizdən analizlər götürüldü və laboratoriyaya göndərildi. Allah bütün xəstələrə şəfa versin, Allah həkimlərdən razı olsun”, - deyə M.Mirəlioğlu bildirib.

Qeyd edək ki, M.Mirəliloğlu və ailə üzvləri koronavirusa yoluxub. M.Mirəlioğlu hazırda ev şəraitində müalicə alır.