Zaqatala DYP-nin əməkdaşlarından rüşvət qalmaqalı » Memur.az

Zaqatala DYP-nin əməkdaşlarından rüşvət qalmaqalı

Zaqatala DYP-nin əməkdaşlarından rüşvət qalmaqalı

Memur.az Asiya.az istinadən xeber verir ki, redaksiyaya müraciət edən Bərdə sakini sakini Əliyev Ələkbər Zaqatala DYP-nin yol polisi əməkdaşlarının qanunsuz əməlindən şikayətçidir.Belə ki,onun əməkdaşımıza bildirdiyinə görə yanvarın 10-u idarə etdiyi 10-RP-024 dövlət nömrə nişanlı “Niva” markalı minik avtomobil ilə Balakən rayonundan Bakı istiqamətində hərəkət edərkən Zaqatlanın “Bayraq meydanı” ərazisinin yaxınlığında, avtovağzalın yanında Zaqatala DYP-nin yol-patrul xidməti əməkdaşları tərəfindən saxlanılmışdır. Yol polisi əməkdaşları ona avtomobilin arxa yaylarının kəsildiyini bildirmiş və bunun üçün qanunda 150 manat cərimə nəzərdə tutulduğunu bildirmişlər. Lakin Ələkbər Əliyevin şikayəti heç də bundan deyil.İş orasındadır ki, Kia" 10-YP-988 dövlət nömrə nişanlı yol patrul xidməti avtomobilində xidmət aparan Rövşən adlı mayor və Zaqatala DYP-nin digər iki əməkdaşı

buralarda qonaq olduğunu və Zaqataladan yolüstü keçdiyini qeyd edən Ələkbər Əliyevə “daha qonaqsan 100 manat ver yola salaq çıx gedək” demişlər. Lakin bu qanunsuz təkilflə razılaşmayan Ələkbər Əliyev “Mən niyə 100 manat verməliyəm ki?!”deyərək etiraz edəndə Zaqatala DYP-nin mayor əməkdaşı istədiyinə nail ola bilmədiyini görüb hirsindən protokol tərtib etmiş, 150 manat cərimə yazmış ,üstəlik qanunsuz olaraq avtomobili rayonun cərimə meydançasına aparmışdır.
Yol-hərəkəti qaydalarına yaxşı bələd olan şikayətçi həmçinin bunları bildirdi:

“Mən heç bir qəza şəraiti yaratmamışdım və yol-hərəkəti qaydalarını pozmamışdım. Sadəcə olaraq maşının arxa “purjini” kəsilib. Bəli mən etiraf edirəm ki, avtomobilə kanstruksiya dəyişiklikləri edilib və mən bunun üçün qanunla nəzərdə tutulan cərimənin yazılmasına heç bir etiraz etmirəm. Lakin Zaqatala DYP-nin trassada xidmət aparan əməkdaşları ilk növbədə qanunun aliliyini qorumaq əvəzinə məndən 100 manat pul manat istədilər. Mənə maşınımı , özümün cərimə meydançasına aparılmasına da imkan verilməmiş, yol polisi kobud surətdə maşınıma minərək məni yolda qoymuşdur. Bundan başqa onu da bildirim ki,mən ərazidən sadəcə keçib getmişəm və qanunla onların məni saxlayıb maşınımı cərimə meydançasına aparmağa səlahiyyətləri çatmır. Zaqatala DYP-nin əməkdaşları sadəcə bu barədə yaxın posta xəbər verməlidirlər. Mənim avtomobilim isə qeydiyyatda olduğum yerdə cərimə meydançasına aparılmalıdır. Axı nabələd olduğun yerdə,pulsuz -parasız avtomobilsiz qalmaq heç də düzgün deyil və bu qanunda nəzərdə tutulmayıb.”

Sonda Ələkbər Əliyev əməkdaşımıza yol polisi əməkdaşlarının onun hüquqlarının pozması ilə barışmayacağını və məsələ ilə bağlı aidiyyəti qurumlara şikayət edəcəyini bildirdi.