Fəzail İbrahimli ilə parlament rəhbərliyinə yenilik gətirildi » Memur.az

Fəzail İbrahimli ilə parlament rəhbərliyinə yenilik gətirildi

Fəzail İbrahimli ilə parlament rəhbərliyinə yenilik gətirildiAltıncı çağırış Milli Məclisə başqa bir yenilik gəlib.

Oxu.Az-ın məlumatına görə, bu yenilik Milli Məclis sədrinin müavini Fəzail İbrahimli ilə əlaqədardır.

Belə ki, Milli Məclisin üçüncü, dördüncü və beşinci çağırışlarında parlamentin sədri və iki vitse-spiker hakim Yeni Azərbaycan Partiyasının (YAP) üzvləri idilər (Oqtay Əsədov sədr, Ziyafət Əsgərov birinci vitse-spiker, Bahar Muradova vitse-spiker).

Digər vitse-spiker Valeh Ələsgərov isə bitərəf idi.

Altıncı çağırış Milli Məclisin vitse-spikeri Fəzail İbrahimli isə YAP üzvü deyil. O, 1992-ci ildən Vətəndaş Həmrəliyi Partiyasının üzvüdür.

Beləliklə, parlament rəhbərliyində artıq hakim partiyanın üç yox, iki üzvü təmsil olunur.

Qeyd edək ki, yeni çağırış Milli Məclisin sədri Sahibə Qafarova, birinci vitse-spikeri Əli Hüseynli YAP-ın üzvləridir.

Vitse-spiker Adil Əliyev isə bitərəfdir.